Sürpriz kupon – 18.09.2025

Sürpriz kupon – 18.09.2025

Mançester Siti – Napoli İstənilən vaxt qolun müəllifi: Erlinq Haaland

Erlinq Haaland son bir həftədə keçirdiyi 2 oyunda 7 qol vurub. Moldovanın qapısına penta-trik və Mançester derbisində dubl norveçli meqaulduzun əla formada olmasına işarədi. Ümumiyyətlə, Haaland son 1 ayda keçirdiyi 6 matçda 11 dəfə fərqlənib – millidə keçirdiyi 2 oyunda 6, Premyer Liqadakı 4 görüşdə 5 qol. Nəhəng forvardın uğurlu seriyanı Çempionlar Liqasında da davam edəcəyini düşünürəm.

Nyukasl – Barselona 2

“Nyukasl” mövsümə uğursuz başlayıb. Premyer Liqa təmsilçisi qeyri-sabit oyun göstərir. Daha güclü “Barselona” haqda eyni sözləri demək olmur. Hans Diter Flikin yetirmələri son turda “Valensiya”nı 6:0 darmadağın etməklə formada olduqlarının mesajını verdilər. Qonaqların qələbəsinə mərc edirəm.

Sportinq Lissabon – Kayrat 1 və 3.5 ÜST

Komandalar arasında çox böyük ustalıq fərqi var. Lissabonluların qələbə qazanacağı demək olar ki, şübhə doğurmur. Amma daha cəlbedici əmsal üçün portuqalların məhsuldar futbol sərgilədiyini nəzərə alıb meydan sahiblərinin qələbəsinə matçda ən azı 4 qol vurulacağını da əlavə edə bilərik.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 18.09.2025

Növbəti yazı

Təmsilçilərimizdən ÇL-ə uğurlu start