Sürpriz kupon – 18.08.2024
Bolonya – Udineze 2.5 ÜST
İtaliya A Seriyasında ilk tura start verilir. Beş əsas futbolçusu zədəli olan “Bolonya” ilk tura tam heyətlə hazırlaşmağı bacarmayıb. Qonaqlarda da vəziyyət sevindirici deyil. Kristensen və Pizarro müalicəsini davam etdirir. 4 yoxlama matçında qapısında 12 qol izləyən “Bolonya”nın oyununda bu dəfə də məhsuldar hesabın qeydə alınması sürpriz olmayacaq.
Real Sosyedad – Rayo Valekano 2.5 ÜST
Avropa Liqasında iştirak edəcək “Real Sosyedad” ilk turda uzun müddət səfərdə qələbəyə həsrət olan “Rayo Valekano”nu qəbul edir. Hər iki komandanın müdafiə xəttində problem var. Meydan sahibləri müdafiəçi transfer etsələr də, səhvlər tam aradan qaldırılmayıb. Ona görə 2.5 Üst seçiminin doğrulma ehtimalı yüksəkdir.
Malyorka – Real Madrid Birinci Hissə 1.5 ÜST
Ötən mövsümü yüksək nəticələrlə başa vuran “Real” La Liqaya səfərdə başlayır. Bir neçə gün əvvəl UEFA Superkubokunu başı üzərinə qaldıran Karlo Ançelottinin yetirmələri hazırda yaxşı formadadır. Kral klubunun ilk turda əsas futbolçularına istirahət verəcəyi istisna deyil. Bununla belə ilk 45 dəqiqədə matçda 2 qol vurulacağına pul qoyuluşu etmək o qədər riskli deyil.