Sürpriz kupon – 18.04.2023

Sürpriz kupon – 18.04.2023

“Karagümrük” – “Ümraniyespor” – X

“Ümraniyespor” Super Liqada qalmaq uğrunda mübarizə aparır. 9-cu yeri tutan “Karagümrük”ün isə belə problemləri yoxdur, eyni zamanda komanda avrokuboklara da gedə bilməyəcək.

Məncə, daha istəkli olan qonaqlar səfərdən 1 xal gətirə bilərlər.

“Bləkpul” – “Vest Bromviç” – 1

Championship-i tərk etməmək üçün “Bləkpul”a xal hava və su kimi lazımdır. Komanda 38 xalla 23-cü yeri tutur. Meydan sahiblərinin heyətində zədəli futbolçuların sayı həddən artıq çoxdur.

Buna rəğmən, “Bləkpul”un doğma meydanda qələbəyə oynayacağını güman edirəm.

“Sanderlend” – “Haddersfild” – 1

“Sanderlend” hələ də pley-off oyunlarına qatılmağa şansını davam etdirrir. Bir qələbə komandanı 9-cu pillədən 6-cı yerə yüksəldə bilər.

“Haddersfild” təhlükəli zonada olmasa da, yerini təmin etməyib. Meydan sahiblərinin qələbə şansları daha çoxdur.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün kuponu – 18.04.2023

Növbəti yazı

Zidana 120 milyon avroluq təklif