Sürpriz kupon – 18.01.2026

Sürpriz kupon – 18.01.2026

Kocaelispor – Trabzonspor 2

“Trabzonspor” lider “Qalatasaray”dan 7 xal geri qalsa da, iddiasını davam etdirir. “Kocaelispor” üçumən bu mövsüm nəticələri ilə azarkeşlərini sevindirir. Komandalar arasında ilk dövrədə keçirilmiş oyunda trabzonlular 2:0 hesabı ilə qələbə qazanıb. Bu dəfə də bukmekerlərdən fərqli qonaqları daha şanslı görürəm.

Bolonya – Fiorentina QOL/QOL

“Bolonya” “Verona” üzərindəki əzmkar səfər qələbəsindən sonra yaxşı əhvaldadı. “Fiorentina” A Seriyasında yerini qorumağa çalışır və komandanın bunu bacarmaq üçün yetərincə potensialı var. Hər iki komandaya xallar lazımdı, buna görə də maraqlı və bol qollu bir oyun keçəcəyini təxmin etmək olar.

Torino – Roma QOL/QOL

“Roma” yanvarın 14-ü gözlənilmədən kubokda 2:3 hesabı ilə uduzduğu rəqibdən revanş almağa çalışacaq. “Torino” son 10 oyundan cəmi birində meydanı qolsuz tərk edib. Zənnimcə, qarşılıqlı qollar gözləməyə dəyər.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 18.01.2026

Növbəti yazı

“Sabah”dan darmadağın