Sürpriz kupon – 18.01.2025
Kayzerslautern – Ulm 1
“Kayzserslautern” hal-hazırda yaxşı formadadır. Doğma meydanda da əla oynayır. Qonaqlar autsayderlər sırasında yer alır və olduqca zəif göstəricilərə malikdir. Meydan sahibləri demək olar ki, hər oyunda 2 qol vurur. Qonaqlar isə müdafiədə əməlli başlı problemlər yaşayır. Bütün bunları nəzərə alsaq, ev sahiblərindən inamlı qələbə gözləmək olar.
Ştutqart – Frayburq Qol/Qol
Hər iki komanda bu mövsüm demək olar ki, eyni gücə sahibdir. Hücumda parlaq oyun nümayiş etdirsələr də, müdafiədə çox boşluqlar verirlər. Bir sözlə, məncə, bu matçın ən güvənilən proqnozu hər iki tərəfin fərqlənməsidir.
Brentford – Liverpul 2
“Liverpul” hazırda turnir cədvəlinin vahid lideridir. Komanda Premyer liqada 20 görüşdə cəmi 1 dəfə məğlub olub. Hücum xətti mükəmməldir və yüksək effektivlik göstərməkdə davam edir. “Brentford” evdə yaxşı mübarizə aparsa da, indiki “Liverpul”a gücü çatmayacaq.