Sürpriz kupon – 17.12.2025

Sürpriz kupon – 17.12.2025

Trabzonspor – Alanyaspor 1

Ötən tur “Beşiktaş”la 3-3 hesablı məhsuldar heç-heçə edən Trabzon təmsilçisi superliqada liderdən 4 xal geri qalır. Meydan sahibləri Türkiyə Kubokunda da uğurlu çıxış etməyi planlaşdırır. Alanya komandasının səfərdə xal qazanacağına inanmaq çətindi. İlk turda “Trabzonspor” maksimum nəticəni əldə etməyə çalışacaq.

Ekzelsior – Ayaks ÜST3.5

Qonaqlar aşkar favorit olduğu halda inamlı qələbəyə mərc etmək riskli görünmür. “Ayaks”ın kubok olsa belə rahatlıqla qalib gələcəyini düşünürəm. Ona görə məhsuldar nəticəni seçmək uduşa daha realdı.

Top Oss – Utrext ÜST2.5

Niderland Kubokunda 1/16 final mərhələsinin oyunları başlayır. Niderland çempionatında 8-ci pillədə qərarlaşan “Utrext” ardıcıl 4 oyun meydanı qələbəsiz tərk edir. Kubok matçı azarkeşlərdən bəraət almaq üçün əla fürsətdi. “Utrext” səfərdə güzəştə getməyəcək.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 17.12.2025

Növbəti yazı

“Neftçi”dən Afrika Kubokuna