Sürpriz kupon – 17.11.2025

Sürpriz kupon – 17.11.2025

Monteneqro – Xorvatiya QOL/QOL

Mundiala vəsiqəni təmin edən xorvatlar səfərdə əsas heyətin əksər üzvlərinə istirahət verəcək. Seçmə mərhələdə 9 xal toplayan Monteneqro isə evdə heç-heçə etməyə çalışacaq. Bu hesab belə Monteneqronu sevindirəcək. Fikrimcə azarkeşləri məhsuldar bərabərlik gözləyir.

Niderland – Litva QOL/YOX

Mundialda iştirakını rəsmiləşdirən Niderland gənc futbolçuları sınamağa çalışacaq. Heyətdə ciddi problemləri olan litvalıların bir qol vuracağına şübhə edirəm. Ona görə Litvanın meydanı qolsuz tərk edəcəyinə mərc gəlməyi məsləhət görürəm.

Şimali İrlandiya – Lüksemburq ÜST2,5

Seçmə mərhələni aşağı pillələrdə başa vuran komandalar son turda üz-üzə gələcək. Qonaqlar nəhayət ilk xalını qazana bilər. Bu matçda Lüksemburqun qol vuracağına inanıram. Meydan sahibləri isə formal oyun olsa belə qələbəni əldən buraxmayacaq.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 17.11.2025

Növbəti yazı

Millinin oyununa təyinatlar bəlli oldu