Sürpriz kupon – 17.11.2024
Finlandiya – Yunanıstan ÜST2.5
Bu qrupda bütün suallara cavab tapılıb. Hərəyə 12 xal toplayan İngiltərə və Yunanıstan ilk pillələrdə qərarlaşıb. Ellada təmsilçiləri qələbə qazanmaqla liderliyə yüksəlmək imkanına malikdir. Autsayder olan meydan sahiblərinin şansları aşağı qiymətləndirilir. Üstəlik müdafiədə olan problemlər ÜST2.5 seçimini etməyə imkan verir.
Avstriya – Sloveniya ÜST2.5
Qrup liderliyini qorumaq istəyən meydan sahibləri müdafiəyə daha çox diqqət edəcək. Qonaqlar son matçda maksimum nəticə qazanmaq istəyindədir. Millətlər Liqasıyla vidalaşan Sloveniyanın səfərdə qənaətbəxş nəticə əldə edəcəyinə inanıram. Bu oyunda məhsuldar nəticə sürpriz sayılmamalıdı.
İngiltərə – İrlandiya QOL/QOL
Üçüncü yerlə razılaşan İrlandiya son matçda Londona səfər edir. Maraqlıdır ki, 1988-ci ildən sonra İrlandiya ingilislər üzərində qələbə qazanmayıb. Ən yaxşı halda heç-heçəyə seviniblər. Hücumda ciddi problemi olan qonaqların səfərdə qol vurması çətin görünsə də qol/qol seçimi üzərində dayanıram.