Sürpriz kupon – 17.11.2023

Sürpriz kupon – 17.11.2023

Polşa – Çexiya QOL/QOL
Çexlər rəqibi 1 xal qabaqlamaqla ikinci yerdədir. Amma Polşa qələbə qazanarsa turnir cədvəlində önə keçə bilər. 2008-ci ildən Polşa rəsmi görüşlərdə bu rəqibi məğlub edə bilməyib. Məhsuldar oyun olacağını fikirləşirəm.

Danimarka – Sloveniya QOL/QOL
İlk iki pillədə qərarlaşan komandalar vahid lideri müəyyənləşdirəcək. Hərəyə 19 xalı olan komandalar seçmə mərhələdə hərəyə 17 qolla yadda qalıb. Liderlərin heç-heçəyə razılaşma ehtimalı az deyil.

İngiltərə – Malta İngilislər 4-0 hesablı qələbə qazanacaq.
İngiltərə Avro-2024-ə vəsiqəni təmin edib. Lider indi autsayder Maltanı qəbul edəcək. Meydan sahiblərinin qələbə qazanacağını düşünürəm. Risk edərək dəqiq hesab yazmağa çalışacam.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 17.11.2023

Növbəti yazı

Batşuayi “Fənərbaxça”nı tərk edir?