Sürpriz kupon – 17.09.2022
“Auqsburq” – “Bavariya” – QOL/QOL
Əksəriyyət bəlkə də 6 turda cəmi 4 qol vuran “Auqsburq”un adlı-sanlı “Bavariya”nın qapısına yol tapacağına inanmır. Amma sürpriz axtarırıqsa, “kiçik sürpriz” elə bu görüşdə axtarmaq olar. “Bavariya”ya qarşı bütün rəqiblər xüsusu motivasiya ilə oynayır. Azarkeş amilini də nəzərə alsaq, meydan sahibindən azı bir qol gözləyirəm.”Bavariya”nın qol vuracağı isə müzakirə mövzusu belə deyil.
“Vulverhempton” – “Mançester Siti” – QOL/QOL
Qvardiolanın komandası favoritdir, bu öz yerində. Amma “canavarlar” ləqəbini daşıyan “Vulverhempton” doğma meydanda azarkeşlərini ən azı nüfuzlu rəqibinə qol vurmaqla sevindirməyə çalışacaq. Özü də “Vulverhempton” bunun yolunu yaxşı bilir. “Siti” ilə son 7 duelin 6-da rəqib qapısına yol tapıblar. Məncə, əmsalı da yetərincə yaxşı olan (1,90) qol /qol variantına güvənməyə dəyər.
“Barselona” – “Elçe” – 2,5 ÜST
“Elçe” La Liqada son 2 turda 8 qol buraxıb. “Barsa” isə son 4 matçda 20 (!!!) qol vurub. 4 gün əvvəl ÇL-də “Bavariya”ya məğlubiyyətin (0:2)heyfini də bu günkü rəqibdən çıxmaq istəsələr, vay, “Elçe”nin halına…