Sürpriz kupon – 17.07.2024

Sürpriz kupon – 17.07.2024

“Eqnatiya” – “Borac Banja Luka” – 2,5 ALT

Albaniya çempionu öz meydanında ilk oyundakı 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Amma Bosniya və Herseqovina çempionu da müdafiədə etibarlı oyunu ilə seçilir. Ona görə məhsuldar oyun gözləmirəm.

“Differdanj” – “Klaksvik” – 1

Tərəflər arasında ilk görüşdə “Klaksvik” 2:0-lıq qələbə qazanıb. Bununla belə cavab matçında Lüksemburq komandasının öz meydanında qalib gələcəyini təxmin edirəm. Mərhələni keçməsə belə, “Differdanj”ın qələbəsinə inanıram.

“Petrocub” – “Ordabasy” – cüt şans x2

İlk oyun qolsuz bitdiyindən cütün taleyi bu oyunda həll olunacaq. “Petrocub” meydan sahibi kimi azacıq üstünlüyə sahib olsa da, Qazaxıstan klubunun Moldova səfərində uduzmayacağını düşünürəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 17.07.2024

Növbəti yazı

AVRO-2024-ün rəmzi yığması açıqlandı