Sürpriz kupon – 17.07.2023

Sürpriz kupon – 17.07.2023

“Cangzhou” – “Chengdu Rongcheng” Chengdu hesabı açır və udur
Çin Super Liqasında 17-ci tura start verilir. Qonaqlar üçüncü sırada qərarlaşıb. Onlar Asiya Çempionlar Liqasının seçmə mərhələsində iştirak etmək üçün yarışı ikinci sırada bitirməlidir. Maraqlıdır ki, “Chengdu” heç vaxt bu rəqibə uduzmayıb. İki dəfə oyun heç-heçə başa çatıb.

“Qingdao Hainiu” – “Henan Songshan” hər ikisi qol vuracaq və ÜST2.5
Ardıcıl üç matçda məğlub olan “Henan” uğursuzluq zolağından çıxmağa çalışacaq. Meydan sahibləri qeyri-stabil oyun nümayiş etdirməklə azarkeşləri qarşısında bəraət almağa səy göstərir. Matçın məhsuldar olacağını düşünürəm.

“Shanghai Shenhua” – “Meizhou Hakka” 1
“Shanghai Shenhua” liderdən 6 xal geri qalır. İndiyə qədər bütün görüşlərdə “Meizhou Hakka”ya qalib gələn meydan sahibləri duelin favoriti sayılır. Ötən tur “Shandong Taishan”a uduzan “Shanghai Shenshua”nın bu dəfə xal itirəcəyi inandırıcı deyil.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 17.07.2023

Növbəti yazı

Silva “Barselona” yolunda