Sürpriz kupon – 17.06.2025

Sürpriz kupon – 17.06.2025

Almaniya U-19 – İngiltərə U-19 – QOL/QOL

Avropa çempionatına Niderland yığmasından aldığı ağır məğlubiyyətlə (0:3) start verən Almaniya 2-ci turda prinsipial rəqib İngiltərəni məğlub etməlidir. İngilislərin hücum xəttinə isə söz ola bilməz. Fikrimcə, qarşılıqlı qollara mərc etmek olar.

Norveç U-19 – Niderland U-19 – QOL/QOL

Norveçdə çox istedadlı bir futbolçu nəsli yetişib. U-19 komandası ardıcıl 9 oyundur meydanı qol vurmadan tərk etmir. İlk turda Almaniya kimi rəqibə 3 cavabsız qol vuran Niderland gəncləri də əla oyunu ilə seçilir. Qarşılıqlı qollar daha real variant kimi görünür.

Gürcüstan U-21 – Portuqaliya U-21 – QOL/QOL

Əsas milli komanda kimi Gürcüstanın gənclər yığması da diqqət çəkməkdədir. Polşaya qalib gələn qonşularımız Portuqaliyanı da məğlub edərsə, pley-offa yüksələcək. Portuqaliya isə AVRO-2025-i belə erkən tərk etmək niyyətində deyil. Maraqlı oyun, qarşılıqlı qollar gözlədiyim duel olacaq.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 17.06.2025

Növbəti yazı

Dzeko “Fiorentina” yolunda