Sürpriz kupon – 17.02.2023
“Mexelen” – “Genk” 2
Belçika çempionatının lideri 13-cü pillədə qərarlaşmış “Mexelen”in qonağı olacaq. Rəqiblər arasında ciddi səviyyə fərqi var. Öz aralarında keçirdikləri son oyunlarda bu nəticələrdə də sabit əks olunur. “Genk”in qələbəsinə mərc edə bilərik.
“Oser” – “Lion” 2
Liqa 1-də 10 oyundur qələbə üzünü həsrət olan “Oser” çətin ki, uğursuz seriyanı bu matçda qıra bilsin. “Lion” rəqibindən hərtərəfli üstündür. Liqa 1-də qalmaq perspektivləri yetərincə dumanlı görünən meydan sahiblərinin bu qarşılaşmada xal götürə biləcəyinə ümid azdır.
“Jirona” – “Almeriya” 1
“Almeriya” bu mövsüm səfərdə bir dəfə də olsun qalib gəlməyib. Meydan sahibləri isə əksinə, doğma divarlar arasında inamlı təsir bağışlayır və son 7 oyunda yalnız bir dəfə – “Barselona”ya məğlub olub. “Jirona”nın 3 xal qazanmaq ehtimalı daha çoxdu.