Sürpriz kupon – 17.01.2025
Qarabağ – Şamaxı – Qarabağ və ÜST 2.5
FCSB ilə olduqca çətin qarşılaşmaya hazırlaşan “Qarabağ” qış fasiləsindən sonra ilk rəsmi matçını “Şamaxı”ya qarşı keçirəcək. Ayxan Abbasov əyalətdə döyüşkən komanda yaratmağı bacarıb. Amma “Qarabağ”la aradakı səviyyə fərqi o qədər böyükdür ki, qonaqların bunun qarşısında hansısa uğurlu nəticə əldə edə biləcəyi inandırıcı görünmür.
Ayntraxt Frankfurt – Borussiya Dortmund X2
Bundesliqanın 2 iddialı klubu qeyri-sabit nəticələr göstərir. “Ayntraxt” turnir cədvəlində rəqibindən xeyli yuxarıda olsa da, “Borussiya” ilə aralarındakı xal fərqi o qədər də çox deyil.
Dortmundlular oyunçu büdcəsinə görə rəqibi üstələyir. Sürpriz kupondakı bu qarşılaşmada qonaqların favoritə uduzmayacağına mərc edirəm.
Roma – Cenoa 1 və ALT 3.5
Turnir cədvəlində yanaşı pillələrdə məskunlaşan komandalar üçün prinsipial qarşılaşmadı. Bukmekerlər meydan sahiblərini aşkar favorit görür. “Roma” bu proqnozları doğruldacaq potensialdadı. Bununla belə, komandaların ehtiyatlı oynayacağını və çox qol vurulmayacağını düşünürəm.