Sürpriz kupon – 17.01.2022
“Portimonense” – “Gimaraeş” – 1
Son 2 ildə “Portimonense” rəqibə xal verməyib. Qonaqların heyətində itkilərin olduğunu nəzərə alaraq meydan sahiblərinin 3 xal qazanacağını düşünürəm. 5 əsas futbolçunun yoxluğu matçda hiss olunmaya bilməz. “Portimonense”nin qələbəsini seçirəm.
“Milan” – “Spezia” – ÜST2.5
“Spezia” son 4 matçda meydanı qolsuz tərk etməyib. Üstəlik hər iki komandanın itkiləri var. Afrika Millətlər Liqası ilə əlaqədar bir neçə legioner komandaya kömək etmir. Bununla belə “Milan”dan inamlı qələbə gözləyirəm.
“Fiorentina” – “Cenoa” – 1
Son 3 matçda qələbəyə həsrət olan “Fiorentina” bu dəfə də xal itirərsə turnir cədvəlində mövqeyi zəifləyəcək. Liderlər qrupundan uzaqlaşmamaq üçün meydan sahiblərinin qələbə qazanacağını düşünürəm. İtaliya Kubokunda “Napoli” üzərində qələbədən sonra evdə “Cenoa”nı məğlub edəcəyini fikirləşirəm.