Sürpriz kupon – 16.12.2023
“Leypsiq” – “Hoffenhaym” – QOL/QOL
Bundesliqada ilk “altılıq”da yer alan hər iki komanda məhsuldar hücum xətti ilə diqqət çəkir. “Leypsiq” rəqibindən fərqli olaraq həm də etibarlı müdafiəyə malikdir. Bununla belə, bu görüşdə qarşılıqlı qollar qeydə alınacağını təxmin edirəm.
“Nyukasl” – “Fulhem” – 1-ci hissə cüt şans 12
Statistika bu oyunun bol qollu keçəcəyinə işarə edir. “Fulhem” 16 turda 26 qol vurub, qapısından da eyni sayda top buraxıb. Hesabında 33 qol olan “Nyukasl” hər turda orta hesabla 2 qol vurur. Belə rəqiblərin oyunlarında isə əksər hallarda hesabdakı tarazlıq fasiləyə qədər pozulur.
“Napoli” – “Kalyari” – 1-ci hissə cüt şans 12
İtaliya A seriyası matçları üçün ilk yarıda hesabdakı bərabərliyin pozulacağına mərc etmək bəlkə də risklidir. Amma rəqiblərdən biri “Napoli” kimi qol vurmağı sevən komandadırsa, bu riskə getməyə dəyər.