Sürpriz kupon – 16.11.2023

Sürpriz kupon – 16.11.2023

Kipr – İspaniya QOL/QOL

Kipr bu qrupun yeganə xal qazanmayan komandasıdır. Buna rəğmən evdə heç bir rəqibdən çəkinmirlər. AÇ-2024-ə vəsiqəni təmin etmiş ispanlar bu görüşdə daha çox ehtiyat qüvvəni yoxlayacaqlar. İspanlar aşkar favoritdir. Amma kiprlilərin də ən azı 1 qol vuracağını düşünürəm. Odur ki, sürpriz kuponda Qol-Qol seçimini risk etmək olar.

Malayziya – Qırğızıstan X2

Əmsallar sizi aldatmasın. Heyətlərə baxanda qonaqların daha yaxşı heyətə malik olduğunu görərik. Bu komandaları yer aldığı qrupda Qırğızıstanın sürpriz edəcəyini düşünürəm. Zənnimcə, onlar seçmə mərəhləyə uğurlu start verəcəklər.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 16.11.2023

Növbəti yazı

Canni de Byazi: “Sabah hamıdan qol gözləyirəm”