Sürpriz kupon – 16.09.2022
“Oser” – “Loryan” – QOL/QOL
“Oser” son 3 görüşdə meydanı məğlub tərk edib. Xüsusən də son turda “Renn” qarşısında yenilgi acınacaqlı oldu – 0:5.
“Loryan” isə mövsümə yaxşı başlayıb və liderdən 3 xal geri qalaraq 4-cü yeri tutur. Le Brisin çalışdırıdığı komanda son 3 görüşünü qələbə ilə başa vurub. “Loryan” matçın favoriti sayılsa da, hər iki komandanın fərqlənmək üçün imkanları olacaq.
“Aston Villa” – “Sautqempton” – QOL/QOL
İngiltərə Premyer Liqası yenidən bərpa olunur. 6 oyuna 4 xal yığan “Aston Villa” öz meydanında qələbə qazanmağa çalışacaq. Lakin Birmingem təmsilçisi 3 turdur ki, 3 xala həsrətdir.
“Sautqempton” isə “Çelsi” üzərində gözlənilməz qələbədən sonra “Vullverhempton”a uduzmuşdu.
“Aston Villa”nın “Sevilya”dan transfer etdiyi mərkəz müdafiəçisi Dieqo Karlos hələ də zədəlidir.
Bu komandalar arasında son oyunda “Aston Villa” “Sautqempton”u 4:0 hesabı ilə məğlub etmişdi.
Bu dəfə də bol qollu matç ola bilər.
“Qalatasaray” – “Konyaspor” – QOL/QOL
Konya klubu bu mövsümə də əla başlayıb və turnir cədvəlinə başçılıq edir. İlhan Palutun baş məşqçisi olduğu komanda son 3 görüşdə 1:0 hesabı ilə qalib gəlib.
“Qalatasaray” “Trabzonspor”la qolsuz bərabərə qaldıqdan sonra son iki matçda qalib gəlib.
Ötən mövsüm bu komandalar öz meydanlarında qələbə qazanmışdılar. Qonaqlar turun mərkəzi oyununun məhsuldar alınmasına imkan verəcəklərmi?