Sürpriz kupon – 16.08.2022

Sürpriz kupon – 16.08.2022

Qarabağ – Viktoriya 1

“Qarabağ” cari ÇL-də ev oyunlarında da yetərincə inamlı çıxışı ilə diqqət çəkir.
“Ferentsvaroş”la mücadiləsə Kadi və Almeydanın yoxluğuna görə komandanın hücum potensialı bir qədər axsasa da, indi bu cəhətdən heç bir problem yoxdu. Həm Kadi, həm Almeyda, həm də digər hücumameylli futbolçular “Viktoriya”ya qarşı oynaya biləcək. Tribunalarda anşlaq olacağı da şübhəsizdir. Bakının isti havası da, soyuq iqlimə öyrəşmiş çexlərə çətin ki, müsbət təsir edə. Bütün bunları nəzərə alıb “Qarabağ”ın qələbəsinə mərc etmək olar.

Makkabi Hayfa – Srvena Zvezda 1

İsrail futbolunun səviyyəsi son illər xeyli artıb. Bakılıların sevimli şəhəri Hayfanı təmsil edən klub cari ÇL-də “Olmipiakos”u səfərdə 4:0 hesabı ilə darmadağın etməklə diqqətləri üzərinə çəkməyi bacarıb.
“Srvena Zvezda” isə bu mövsüm keçirdiyi 8 oyunda cəmi 1 qol buraxıb və 28 (!) qol vurub. O cümlədən ÇL-də “Pünik”i 7:0-lıq üstünlüklə əzib keçib.
Amma “Makkabi” də zəif deyil, xüsusən ev oyunlarında qarşısıalınmaz kimi görünür. Təsadüfi deyil ki, doğma arenada keçirdiyi son 19 oyundan cəmi birində məğlubiyyət, üçündə isə heç-heç qeydə alınıb.
Fikrimcə, bu dəfə də İsrail təmsilçisinin qələbə şansı daha çoxdu.

Dinamo Kiyev – Benfika ÜST 2.5

Lissabonlular bu mövsüm 4 rəsmi oyunda 12 qol vurub və 2 qol buraxıb.
Kiyevlilərin müdafiəsi nə qədər etibarlı olsa da, ustalıqda özündən qat-qat üstün olan rəqibin qarşısında çətin ki, davam gətirə bilsin.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 17.08.2022

Növbəti yazı

“Mançester Siti”dən yeni transfer