Sürpriz kupon – 16.04.2025
Real Madrid – Arsenal – 1-ci hissənin nəticəsi Real
Çempionlar Liqasının 1/4 finalının ilk oyununda başqa bir komanda 0:3 uduzsaydı, yəqin ki, hamı yarımfinaldan əlini üzərdi. Amma bu Real Madriddir. 3 cavabsız qolla olmasa belə, Ançelottinin komandası cavab matçını qazana bilər. Bir qədər də riskə gedərək Realın ilk hissədə qalib olacağına mərc edirəm.
İnter – Bayern Münhen – 1-ci hissənin nəticəsi – Bayern Münhen
Öz meydanında 1:2 uduzan Münhen klubu Milanda qalib gəlməyə məhkumdur. Bəlkə də matçın əsas vaxtında bu mümkün olmayacaq. Amma riskə gedərək Bayern Münhenin 1-ci hissədə qələbəsinə mərc etmək olar.
Dinamo Moskva – CSKA Moskva – cüt şans x2
CSKA Moskva 2025-ci ildə keçirdiyi heç bir oyunda uduzmayıb. Düzdür, bu Moskva derbisidir, Rusiya Kubokunda finala vəsiqənin taleyi həll olunur. Bununla belə ilk oyunda 2:1 qalib gələn CSKAnın rəqib meydanında da uduzmayacağını düşünürəm.












