Sürpriz kupon – 16.03.2025

Sürpriz kupon – 16.03.2025

Fənərbağça – Samsunspor QOL/QOL

Fənərbağça lider Qalatasaraya çatmaq üçün qələbəyə oynamağa məcburdur. Hərçənd ötən mövsüm tərəflər arasında hər iki oyun heç-heçə bitmişdi – 2:2 və 1:1. Bu mövsüm Samsun klubu daha yaxşı çıxış edir. Liderlərlə xal fərqi çox olsa da, komanda hazırda 3-cü yerdədir. 26 oyuna 44 qol vuran Samsunspordan Kadıköydə də qol gözləyirəm. Fənərin qol vuracağına isə şübhəm yoxdur. Qol\qol üçün 1,83 əmsal “gəl-gəl” deyir.

Rayo Valekano – Real Sosyedad – cüt şans x2

Rayo Valekano ardıcıl 4, Real Sosyedad isə bütün turnirlər nəzərə alınmaqla son 5 oyunda qələbə qazana bilmir. Real Sosyedadın bu rəqib qarşısında statistik üstünlüyü var: son 10 ildə yalnız bir dəfə Rayo Valekanoya uduzublar. Məncə, San-Sebastyan klubu bu dueldə də azı 1 xal qazanacaq.

Ştutuqart – Bayer Leverkuzen – 1-ci hissə – Bayer Leverkuzen

Leverkuzenlilər Ştutqart üçün tərs rəqiblərdən sayılır. Bayer bu komanda ilə son 14 matçın heş birndə uduzmayıb: 8 qələbə, 6 heç-heçə. Bəlkə də bu qarşılaşma heç-heçə bitəcək. Amma ardıcıl 3 oyundur meydanı məğlub tərk edən Bayer Leverkuzenin bu matçın ilk hissəsini hesabda öndə bitirəcəyini təxmin edirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 16.03.2025

Növbəti yazı

“Kəpəz” kritik xal qazandı