Sürpriz kupon – 16.02.2025
Yuventus – İnter 2-ci hissə Qol/Qol, İstənilən vaxt qol vuracaq: Lautaro Martinez
Gecənin matçı şübhəsiz ki, Turində oynanacaq. “İnter” bu mövsüm məhsuldar futbol sərgiləyir. Qollardan 15-i Lautaro Martinezin payına düşür. Amma argentinalı Çempionlar Liqasında “Monako” ilə matçda het-trik edəndən sonra son 3 oyunda fərqlənməyib. Müdafiənin etibarlılığı ilə seçilməyən “Yuventus” son 11 oyunda 10 qol buraxıb. “Qoca sinyora” azarkeşləri önündə qol vurmağa çalışacaq. Öz mərcimizi yaradaraq, Lautaronun uğursuzluq seriyasının qırılacağına və hər iki komandanın ikinci hissədə qol vuracağına mərc edə bilərik.