Sürpriz kupon – 16.01.2023
“Nyort” – “Sent-Etyen” QOL/QOL
Hər iki komanda alt sıralardan qurtulmağa çalışır. İbrahima Vadjinin şərəfini qoruduğu “Sent-Etyen” 15 xalla sonuncu -20-ci yeri tutur.
“Nyort” isə 17 xal toplayıb və 18-ci pillədədir.
Hər iki komanda son 2 görüşdə uduzmayıb. Qarşılıqlı qollar ola bilər.
“İonikos” – “Volos” 2
“İonikos” Superliqanı tərk etməyə əsas namizəddir. Komanda 17 oyuna cəmi 8 xal yığıb və sonuncu yerdədir.
“İonikos” böyük sensasiyaya nail olub, “Panatinaikos”dan xal aldıqdan (1:1) sonra ardıcıl 3 oyunda uduzub.
“Volos” avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparır. Lakin komanda çempionatda 5 oyundur ki, qələbə qazana bilmir. Bu dəfə bütün acıqlarını “İonikos”dan çıxmağa çalışacaqlar.
“Cenoa” – “Venetsiya” ÜST 2,5
“Cenoa” A seriyasına qayıtmaq üçün çalışır. Baş məşqçi postu bu yaxınlarda İtaliya millisinin sabiq hücumçusu Alberto Cillardinyoya tapşırıldı. “Cenoa” liderdən 9 xal geri qalsa da, 2-ci yeri tutaraq yüksək liqaya vəsiqə qazana bilər.
“Venetsiya” təhlükəli zonadadır və B seriyasını tərk edə bilər.