Sürpriz kupon – 15.12.2025
Fənərbağça – Konyaspor – qol-qol
Ardıcıl 2 heç-heçədən sonra Fənərbağça bu oyunu qazanmaq məcburiyyətindədir. Digər tərəfdən Konyaspor da son 5 turda qələbəyə həsrətdir və uğursuz gedişata son qoymaq üçün bütün gücü ilə müqavimət göstərəcək. Ona görə konyalıların yekun nəticədən asılı olmayaraq azı 1 qol vuracağını təxmin edirəm.
Neftçi – Sumqayıt – 1
Mövsümü uğursuz keçirən Neftçi yeni baş məşqçi Yuri Vernidubla ilk oyununa çıxır. Adətən futbolçular yeni baş məşqçiyə özünü “göstərmək”, əsas heyətdə yerini təmin etmək üçün meydanda “can qoyur”. Məncə, Neftçinin oyunçuları da ukraynalı məşqçini qələbə ilə “salamlayacaq”.
FK Makabbi Təl Əviv – Hapoel Peta Tikva – qol-qol
Makabbi Təl Əviv oyunun favoriti sayılsa da, Hapoel Peta Tikva komandası da “asan yem” deyil. Qonaqların azı bir qol vuracağını gözləyirəm. Makabbi Təl Əvivin qol vuracağını isə şübhəm yoxdur.













