Sürpriz kupon – 15.12.2024
Mançester Siti – Mançester Yunayted X2
Heç də yaxşı formada olmayan Siti derbidə favorit göstərilsə də, Yunaytedin şanslarını yüksək qiymətləndirirəm. Məncə yeni baş məşqçi ilk ciddi sınağından üzüağ çıxacaq. Zənnimcə “qırmızı şeytanlar” bu görüşdə rəqibin qeyri-stabilliyindən yararlanacaq və uduzmayacaq.
Vilyareal – Real Betis 2
İspaniya turun sürpriz nəticəsinin bu matçda qeydə alınacağını ehtimal edirəm. Real Betisin səfərdə rəqibini məğlub etmək potensialı böyükdür. Sürpriz kuponda bu mərci seçməyə dəyər.
Zirə – Turan Tovuz QOL/QOL
Hər iki komandanın hücum potensialı nəzərə alınmalıdır. Son turlarda məhsuldarlığı ilə seçilən komandaların duelində kimin qalib gələcəyini təxmin etmək çətindir. Amma bu görüşdə qarşılıqlı qolların vurulacağına inanıram.