Sürpriz kupon – 15.11.2025

Sürpriz kupon – 15.11.2025

Gürcüstan – İspaniya 2 və 3,5 ÜST

İspaniya Dünya çempionatına vəsiqəni rəsmiləşdirmək üçün qələbə qazanmalıdır. İspanlar bu seçmə mərhələdə qarşısıalınmazdır. Çətin ki, Gürcüstan onları saxlaya bilsin. Amma gürcülərin də qol vuracağını ehtimal edirəm. Bu səbədən sürpriz kupon olduğunu da nəzərə alaraq 2 və 3,5 üst seçimini tövsiyə edirəm.

Yunanıstan – Şotlandiya 1 və 2,5 ÜST

Yunanlar üçün bu nüfuz savaşıdır. Onlar bütün şanslarını itirsələr də, Şotlandlarla görüşdə qələbə üçün oynayacaqlar. Məncə bunu əldə edəcəklər də. Digər ehtimal kimi isə oyunun bol qollu keçəcəyini düşünürəm.

Türkiyə – Bolqarıstan 1 və 3,5 ALT

Türkiyə millisi də mütləq qələbə barədə düşünəcək. Montellanın komandası favoritdir. Düşünürəm ki, onlar bu ehtimalı doğruldacaq. Amma bu dəfə çətin başa gələcəyi qənaətindəyəm. Məncə ilk oyundan fərqli olaraq, Türkiyədə çox qol görməyəcəyik.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 15.11.2025

Növbəti yazı

Fransa millisində itki