Sürpriz kupon – 15.11.2024
Şotlandiya – Xorvatiya – 2
UEFA Millətlər Liqasının ötən turunda Şotlandiya qrup lideri Portuqaliyadan xal almaqla çoxunu təəccübləndirdi. İndi öz meydanında Xorvatiyadan da xal alacağını düşünənlər az deyil. Mən isə daha mobil, daha səviyyəli heyətə malik Xorvatiyanın rəqib meydanında qalib gələcəyini düşünürəm.
İsveçrə – Serbiya – cüt şans x2
AVRO-2024-də gördüyümüz o əla oyun göstərən İsveçrədən Millətlər Liqasında əsər-əlamət qalmayıb. Komanda 4 oyuna 10 top buraxıb. Bu matç İsveçrənin axırıncı yerdən çıxması üçün son şansdır. Bununla belə, serblərin bu dueldə uduzmayacağını gözləyirəm.
San Marino – Cəbəllütariq – 2,5 ALT
Qrup liderini müəyyənləşdirəcək bu oyunda nəticə hər iki komanda üçün çox vacibdir. Fikrimcə, ehtiyatlı oyuna üstünlük verəcəklər. Zatən, bu komandaların indiyədək baş tutan 3 görüşündə 1-dən çox qol vurulmayıb. Məncə, bol qollu oyun gözləməyə dəyməz.