Sürpriz kupon – 15.10.2024
İngiltərə U21 – Azərbaycan U21 ÜST4.5
İlk oyunda Bakıda 5:1 hesabı ilə qalib gələn ingilislər bu matçda da ustalıqlarını ortaya qoysalar, çox böyük fərq ola bilər. İngilislərin məhsuldar futbol sərgiləməməsi yalnız möcüzə sayəsində alınmaya bilər.
Millimiz Şimali İrlandiyaya 0:5 hesabı ilə uduzandan sonra psixoloji olaraq da yaxşı durumda deyil.
Amma ümid edək ki, komandamız sürpriz edəcək, ən azı qol və ya qollar vurmağı bacaracaq.
Litva – Rumıniya Fora: (Rumıniya -1)
Rumıniya hələlik keçirdiyi bütün oyunlarda qalib gəlib. Rumınların Litva səfərindən də 3 xalla dönəcəyi demək olar ki, şübhə doğurmur. Sürpriz kuponda qonaqların fərqli qələbəsinə mərc etmək olar.
Şotlandiya – Portuqaliya 2
Qrupda hər 3 oyunu udan Portuqaliya bütün matçları uduzmuş Şotlandiya ilə qarşılaşacaq. Qonaqlar yenə də qalib gəlsə, qrup liderıiyini təmin etmək üçün inamlı addım atmış olacaq. Portuqalların bu tapşırığın öhdəsindən gəlməyə potensialı var.