Sürpriz kupon – 15.09.2025
Real Saraqosa – Albasete 1
Mövsümə uğursuz başlayan komandaların qarşılaşmasında aşkar favorit yoxdu. Amma meydan sahiblərinin heyəti daha usta futbolçulardan qurulub. Son 11 ev matçında cəmi 2 dəfə uduzan saraqosalıların nəhayət azarkeşlərini sevindirəcəyini proqnozlaşdırıram.
Qenqam – Monpelye QOL/QOL
“Qenqam” ötən tur səfərdə “Bastiya”nı səfərdə 3:1 məğlub edəndən sonra yəqin ki, psixoloji cəhətdən bir qədər özünə gəlib. Azarkeş faktorunu da nəzərə alsaq, meydan sahiblərindən qələbə gözləmək olar. Amma “Monpelye” 18 oyundur bu rəqibə uduzmur.
Hər iki komandanın qol vurmaq ehtimalı daha real görünür.
Espanyol – Malyorka 1X və 1.5 ÜST
“Espanyol” mövsümə əla başlayıb. “Atletiko Madrid” və “Osasuna”ya qalib gələn kataloniyalılar, “Real Sosyedad”la səfərdə heç-heçə edib. “Malyorka” haqda eyni sözləri demək olmur. Amma qonaqlar da startda İspaniyanın nəhəngləri ilə qarşılaşıb.
Meydan sahiblərinin uduzmayacağını və matçda ən azı 2 qol olacağını düşünürəm.












