Sürpriz kupon – 15.07.2023
“Racing club” – “Rosario” – 1-ci hissə cüt şans 12
Argentina liqasında qollara mərc etmək bir az risk tələb edir. O ki qala, 1-ci hissədə hesabdakı bərabərliyin pozulacağına mərc etmək. Amma “Racinq club”un 24 oyuna 31 qol vurub, bir o qədərini də qapısından buraxmaq kimi statistikasını görəndə, məncə, risk etməyə dəyər.
“Hermannstad” – “Farul” – 2,5 ALT
Rumıniya liqasında yeni mövsümün ilk turu. Çempion “Farul” 3 gün əvvəl Çempionlar Liqasında “Şerif”lə ağır oyundan çıxıb. Üstəlik, 3 gün sonra yenidən Moldova çempionu ilə qarşılaşmalıdır. Mövsümün ilk oyunu olduğunu nəzərə alıb tərəflərin ehtiyatlı, daha çox müdafiəyə yönələn oyuna üstünlük verəcəyini təxmin edirəm.
“Halmstad” – “Varnamo” – cüt şans x2
Meydan sahibi matçın favoriti sayılsa da, bukmekerlərin onların qələbəsinə verdiyi əmsal təəccüblü görünür. 5-ci sırada yer alan komandanın öz meydanında 11-ci yerdə gedən rəqibə qarşı matçda qələbəsinə belə yüksək əmsal verilməsi düşündürücüdür. Bu, aldadıcı da ola bilər. Ona görə “Varnamo”nun bu matçda uduzmayacağına – ikiqat şansa mərc edirəm.