Sürpriz kupon – 15.02.2025

Sürpriz kupon – 15.02.2025

Mançester Siti – Nyukasl  Cüt şans X2

Eyni xal (41) toplayan hər komandalar turnir cədvəlində 5-6-cı yerləri bölüşdürürlər. Ev sahibləri ağır oyndan (Real) çıxıb. Enerjilərini demək olar ki, bu gərgin görüşə sərf etdilər və son dəqiqələrdə məğlub oldular. Təbii ki, motivasiya düşüb.

Qonaqlar isə, əksinə bu görüşə tam həvəsli və hazırlıqlı çıxacaq. Hal hazırda da yaxşı formadadırlar. Düşünürəm ki, azı 1 xalla evə geri dönəcəklər.

Aston Villa – İpsviç Taun – 1-ci hissə Aston Villa

“Aston Villa” ilk 6-da mövsümü başa vurmaq üçün, xal itirməməyi qarşısına məqsəd qoyub. Əsas da, belə autsayderlərlə qarşılaşmalarda. Qonaqlar hazırda böhran içindədir və çətin günlərini yaşayır. Fikrimcə, Emerinin yetirmələri məsələni ilk hissədə həll edəcəklər.

Bohum – Borussiya Dortmund  2

Ev sahibləri, Bundesliqa 2-in əsas namizədlərindən sayılır. Bu mövsüm olduqca zəif çıxış edirlər. “Borussiya” da son zamanlar problemlər yaşayırdı. Yavaş-yavaş özlərinə gəlirlər. Bu matçda, “Bohum”un müdafiəsi, qonaqların güclü hücumları qarşısında çətin tab gətirə biləcək. Məncə, qonaqların  qalibiyyətinə mərc etmək daha da güvənlidir.

Mr. V

Əvvəlki yazı

Günün kuponu – 15.02.2025

Növbəti yazı

Çempionlar Liqasının rəmzi heyəti açıqlandı