Sürpriz kupon – 14.12.2025

Sürpriz kupon – 14.12.2025

Qarabağ – Araz Naxçıvan Fora: 1 (-1.5)

“Qarabağ” “Ayaks”a dramatik məğlubiyyətin əvəzini Naxçıvan təmsilçisindən çıxmağa çalışacaq.
“Araz Naxçıvan” kubokda “Kəpəz”ə uduzandan sonra Elmar Baxşıyevin başının üzərini qara buludlar alıb. Hər növbəti məğlubiyyət onun üçün komandada son oyun ola bilər. Bu, nə baş məşqçinin nə də yetirmələrinin psixoloji durumuna yaxşı təsir etmir.
Təcrübəli Avropa döyüşçüsü “Qarabağ”ın inamlı qələbəsini proqnozlaşdırıram.

Udineze – Napoli 2

“Napoli”nin 5 oyunluq qələbə seriyasını Çempionlar Liqasındakı son matçda “Benfika” qırdı.
Amma Lissabondakı məğlubiyyət neapolluları ruhdan salmamalıdır.
Komanda A Seriyasında çempionluq savaşı verir.
“Skudetto” yolunda büdrəməmək üçün Antinio Kontenin yetirmələri bu qarşılaşmadan 3 xal götürməlidir.
“Azzuri”nin qeyri-sabit “Udineze” ilə oyunda bunu bacaracağına inanıram.

Alaves – Real Madrid 2

“Kral klubu” heç də ən yaxşı dövrünü yaşamır.
Azarkeşlər və media komandanın bəzi liderləri ilə anlaşa bilməyən Xabi Alonsonun istefasını tələb edir.
Qonaqların hər şeyə rəğmən ustalığını ortaya qoyacağını və çempionluq yarışında vacib olan 3 xalı qazanacağını düşünürəm.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Günün kuponu – 14.12.2025

Növbəti yazı

Neymar üçün yeni müqavilə