Sürpriz kupon – 14.10.2024
Azərbaycan – Slovakiya – QOL/QOL
Bəlkə də əksəriyyətdə Azərbaycan millisinin bu oyunda qol vuracağına inamsızlıq var. Mən isə inanıram ki, Estoniya məğlubiyyətindən sonra milli futbolçular Slovakiyaya qarşı daha dəyanətli oyun göstərəcək. Məğlubiyyət ola bilər, amma komandamızın azı 1 qol vuracağına inanıram.
İslandiya – Türkiyə – cüt şans 1X
Türkiyə millisi qrupun lideridir. Amma statistika bir qədər düşünməyə vadar edir: “ay-ulduzlular” indiyədək İslandiyaya 6 səfər edib və heç birində qələbə qazanmayıb. Məncə, adaya 7-ci səfərdə Türkiyə yığmasının maksimumu qazancı 1 xal ola bilər.
Almaniya – Niderland – 1-ci hissə qol cəmi – 0,5 ÜST
Almanların müdafiə xətti etibarlı görünsə də, dinamik Niderland millisi ilə görüşdə çətin ki, qapını toxunulmaz saxlaya bilsin. Almanların hücum xəttinə isə həmiçəki kimi söz ola bilməz. Belədə hesabın elə ilk yarıda çılacağını təxmin edirəm.