Sürpriz kupon – 14.09.2022
Milan – Dinamo Zaqreb ALT 3.5
Oyunun keçiriləcəyi “San Siro” stadionunda vaxtilə Ələkbər Məmmədov “Milan”ın qapısına 4 qol vuraraq tribunalara toplaşan 100 min azarkeşi şoka salmışdı. Həmin tarixi matçdan 67 il sonra Mahir Emreli Çempionlar Liqasının qrup qarşılaşmasında dahi həmyerlisindən sonra rossoneriyə daha bir azərbaycanlı futbolçulun ad-soyadını əzbərlədə bilər.
Millimizin forvardının komandası ilk turda “Çelsi” üzərində sensasiyalı qələbədən sonra qrupun lideridir. Xorvatlardan fərqli “Milan”ın ÇL-də startını uğurlu adlandırmaq olmaz.
Bukmekerlər meydan sahiblərini oyunun şəksiz favoriti sayır. Amma “Dinamo Zaqreb” də heç kimə asanlıqla təslim olmayacağını göstərib.
Komandalar ehtiyatlı oynayacaq və 3-dən artıq qol vurulacağını düşünmürəm.
Reyncers – Napoli 2
Milli komandamızda oynamış Badri Kvaratsxeliyanın oğlu Xviçanın möhtəşğm performansı sayəsində mövsümə uğurlu başlayan “Napoli” Şotlandiyada qonaq olacaq. İtaliya çempionatının lideri rəqibindən hərtərəfli üstün komandadır. İlk turda “Liverpul”u 4:1 darmadağın edən neapollular bu dəfə aşkar favoritdilər. Ötən mövsüm avrokuboklarda hamını yaxşı mənada təəccübləndirən “Reyncers” isə hələlik güclü rəqiblərlə qarşılaşmalarda biabırçı məğlubiyyətlərlə yadda qalır. “Seltik”ə və “Ayaks”a eyni – 0:4 hesabı ilə uduzan qlazqolulardan bu oyunda da sürpriz gözləmirəm.
Şaxtyor – Seltik QOL/QOL
“Şaxtyor” ilk turda gözlənilmədən “Leypsiq”i 4:1 hesabı ilə darmadağın edib Domeniko Tedeskonun iş yerini itirməsinə baiskar oldu.
“Seltik” üçün isə ilk tur uğursuz alındı. Amma rəqib də sıradan deyildi. Madrid “Real”ına 3 top fərqlə məğlubiyyət nə qədər acı olsa da, şotlandlar üçün hələ heç nə itirilməyib.
Komandalar hər ikisi qələbəyə oynayacaq və belədə bolqollu bir qarşılaşma olacağını proqnozlaşdıra bilərik.