Sürpriz kupon – 14.05.2025

Sürpriz kupon – 14.05.2025

Real Madrid – Malyorka – QOL/QOL

Çempionluq şansı möcüzəyə bağlı olan Realın Malyorkaya qalib gələcəyinə şübhə edirəm. “Kral Klubu”nu heyətdə itkiləri də az deyil. Bununla belə, Realdan azı 1 qol gözləmək olar. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan Malyorkanın da güclü rəqibinə qol vuracağını təxmin edirəm.

Villareal – Leqanes – QOL/QOL

Ardıcıl 5 oyunun nəticəsi 2:1…Bu komandalar arasında Villarealın meydanında oynanılan son 5 duel məhz bu hesabla yekunlaşıb. Hazırda Leqanesin La Liqada qalmaq uğrunda “ölüm-dirim” savaşı apardığını, Villarealın isə azı 5-ci yeri tutub Çempionlar Liqasında iştirakı təmin etməyə çalışdığını nəzərə alsaq, hər 2 komandaya qol vurmaq, qələbə qazanmaq olduqca vacibdir.

Qroningen – Ayaks – QOL/QOL

Son 3 oyunda qapısında 8 top görən Ayaksın müdafiəsinə bel bağlamaq olmaz. Məncə, Amsterdam təmsilçisi Qroningen səfərində də qol buraxacaq. Həmçinin son 3 oyunda cəmi 1 xal qazanan Ayaksın özünə qələbə çox vacibdir. Artıq PSV ilə xal fərqi 1ə enib və liderlik, yekunda isə çempionluq əldən gedə bilər. Ona görə qarşılıqlı qollar bu matç üçün daha real variant kimi görünür.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 14.05.2025

Növbəti yazı

Vlahoviç mövsümün sonunu gözləyir