Sürpriz kupon – 14.04.2025

Sürpriz kupon – 14.04.2025

Eyüpspor-Adana Demirspor   1 və ÜST2.5

Avrokuboklara vəsiqə qazanmağa yaxın olan meydan sahibləri zəif rəqib üzərində qələbə qazanmağa borcludur. Yüksək dəstəni tərk edəcəyi dəqiqləşən Adana təmsilçisi möcüzə edəcək gücdə deyil. Komanda son 7 səfər matçında məğlub olmaqla vəziyyətini daha da acınacaq duruma salıb.

Hall Siti-Koventri   qol/qol, ÜST2.5 və 2

Premyer Liqaya qayıtmaq üçün pley-offda iştiraka hazır olan qonaqlar xal sayını artırmalıdı. İddiası olmayan “Hall Siti” son 4 turda bir qələbəylə diqqəti cəlb edir. Heyətdə itkilərin olduğunu nəzərə alaraq meydan sahiblərinin sürpriz edəcəyinə ümid yoxdur. Qonaqların uğur qazanacağına mərc etmək risksiz görünür.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 14.04.2025

Növbəti yazı

“Leykers”dən Lebron və Donçiç qərarı