Sürpriz kupon – 14.03.2025

Sürpriz kupon – 14.03.2025

Qalatasaray – Antalyaspor X2

Qalatasaray son turda qələbə qazansa da xeyli əziyyət çəkdi. Cim-Bom qeyri stabilliyi ilə yadda qalır. Məncə Antalyasporla qarşılaşma onlar üçün heç də asan olmayacaq. Hətta bizi sürpriz nəticə gözlədiyini düşünürəm. Hesab edirəm ki, Qalatasaray qələbə qazana bilməyəcək. Məncə risk etməyə dəyər.

St. Pauli – Hoffenhaym 2

Bu görüşdə qonaqları daha şanslı görürəm. Düzdür, komandalar turnir cədvəlində bir-birinə yaxındır. Amma, Hoffenhaym daha öndədir. Zənnimcə, St. Paulinin Bundesliqada qalmaq şansları azdır. Sürpriz kuponda Hoffenhaymın qələbəsinə mərc etmək olar. Siz bu görüşdə etopazın erkən uduş fürsətindən də yararlana bilərsiz.

Almere Siti – NAC Breda 2

Almerenin liqanı tərk edəcəyi yəqin ki, heç kimdə şübhə doğurmur. Onlar çətin ki, liqada qala bilsinlər. NAC Breda isə avrokuboklar üçün oynayır. Məncə onlar bu görüşdə qələbə qazanaraq daha yaxşı mövqeyə qalxmaq istəyəcəklər. NAC Bredanın bunu bacaracağına inaniram.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 14.03.2025

Növbəti yazı

“Sumqayıt”dan Özbəkistan millisinə