Sürpriz kupon – 14.03.2023

Sürpriz kupon – 14.03.2023

“Mançester Siti” – “Leyptsiq” ÜST 2,5
“Mançester Siti” son oyunlarda elə də yüksək məhsuldarlıq göstərmir. Komanda “Nyukasl”ı 2:0, “Kristal Pelas”ı isə 1:0 hesabı ilə məğlub edib. Almaniya klubunda əsas hücumçu Kristofer Nkunkunun zədə səbəbindən meydana çıxması sual altındadır.

“Portu” – “İnter” QOL/QOL
“Portu” son 3 oyunda qapısında 5 qol görüb. Bu da müdafiə xəttindəki problemləri göstərir. “İnter”in hücumçuları bundan yararlana bilər. Düşünürəm ki, hər iki komandanın qol vurmaq imkanları olacaq.

“Bləkpul” – “Kuinz Park Reyncers” 1
32 xalı olan “Bləkpul” təhlükəli zonadadır və Championship-də qalmaq uğrunda mübarizə aparır.
Mik Makkartinin komandası son 4 oyunda qələbə qazana bilməyib. KPR ardıcıl 5 məğlubiyyətdən sonra “Uotford”u məğlub edə bildi – 1:0. “Bləkpul”la 3 xal daha vacibdir.

Elnur Məmmədli

Elnur Məmmədli 1978-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. 1999-cu ildən mətbuatdadır. 1999-2001-ci illərdə "Futbol+"qəzetində reportyor kimi fəaliyyət göstərib. 2005-ci ildən televiziyada işləyir. 2005-2007-ci illərdə ANS TV-də idman xəbərlərinin aparıcısı olub. 2007-2015-ci illərdə Azərbaycan Televiziyası və İdman Azərbaycan kanalında aparıcı, şərhçi kimi çalışıb. 2005-ci ildən indiyə kimi CBC Sport-da aparıcı və şərhçi kimi fəaliyyət göstərir. Dünya və Avropa çempionatlarının, Çempionlar Liqasının, milli komandamızın seçmə mərhələdəki oyunlarını şərh edib.

Əvvəlki yazı

Günün kuponu – 14.03.2023

Növbəti yazı

Alvares və “Mançester Siti” yeni müqavilənin astanasında