Sürpriz kupon – 14.01.2026

Sürpriz kupon – 14.01.2026

Köln – Bavariya – QOL/QOL

Bundesliqanın ən məşhur, ən güclü klubu ilə qarşılaşma istənilən alman klubu üçün əlavə motivasiyadır. Bavariya bu mövsüm bundesliqada ən az qol buraxan komanda olsa da, Kölnün doğma azarkeşlər önündə nüfuzlu rəqibinə azı bir qol vuracağını təxmin edirəm.

FK Falkrik – Seltik – QOL/QOL

Seltik bu mövsüm özünə bənzəmir. Çempionluq yarışında lider Hartsdan hazırda 6 xal geri qalırlar.21 turda qapılarından 21 top buraxıblar. Məncə, Falkrik də öz meydanında Seltikə qol vuracaq. Qonaqların da “borclu qalmayacağı” gözləniləndir.

Al Ahli Saudi – Əl Tavun – 1-ci hissə – 1

Səudiyyə Ərəbistanı yüksək liqasında hazırda Al Ahli 5-ci, rəqibi isə bir pillə yuxarıda yer alır. Təxminən bərabər səviyyəli rəqiblərin duelidir. Al Ahli komandasının Əl Tavuna qarşı oyunlarda qələbə sayında nəzərəçarpacaq üstünlüyü var. Riskə gedərək, bu görüşdə ilk yarının meydan sahibinin üstünlüyü ilə bitəcəyini mərc edirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 14.01.2026

Növbəti yazı

“Aston Villa”dan yeni transfer