Sürpriz kupon – 13.12.2025

Sürpriz kupon – 13.12.2025

FK Şamaxı – FK Zirə – 2

Ayxan Abbasovun “Şamaxı”sı Azərbaycan çempionatının inadkar, möhkəm komandalarından biridir. Amma Rəşad Sadıqovun “Zirə”si də nəticəyə oynamaq bacarığı ilə seçilir. “Şamaxı”ya qarşı oynadığı son 5 görüşün hamısını qazanan “Zirə”nin səfərdən 3 xalla dönəcəyini təxmin edirəm.

Karlsrue – Paderborn – QOL/QOL

2-ci bundesliqada Karlsrue son 4 turun hamısında, Paderborn isə ardıcıl 3 matçdır uduzur, Hər iki komanda uğursuz gedişata “dur” deməyə çalışır. Paderborn 3 ardıcıl məğlubiyyətdən sonra 1-ci yerdən 4-cü pilləyə yuvarlanıb və lider Şalkedən 5 xal geri qalır. Hər iki komandanın qələbəyə “hava-su” kimi ehtiyacı olduğunu nəzərə alsaq, bu oyunda hücum futbolu və qarşılıqlı qollar gözləniləndir.

Kordoba – Eybar – 2,5 ÜST

Sequndada Kordoba komandası son 5 oyunda qələbəyə həsrətdir. Eybar isə ardıcıl 4 turdur qalib gələ bilmir. 22 komanda arasında 20-ci olan Eybara qələbə daha çox lazımdır. Kordoba fanatlarının da qələbə gözlədiyini nəzərə alaraq sequnda üçün xarakterik olmayan 2,5 üst variantına mərc edirəm.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 13.12.2025

Növbəti yazı

Alleqri üçün növbəti mükafat