Sürpriz kupon – 13.11.2025

Sürpriz kupon – 13.11.2025

İrlandiya – Portuqaliya – cüt şans 1X

Portuqaliya oyunun favoritidir. Amma statistika düşünməyə əsas verir. Portuqallar indiyədək İrlandiyanı səfərdə məğlub edə bilməyib. Üstəlik, bu qarşılaşma İrlandiyanın dünya çempionatına vəsiqə qazanmaq şansını saxlamaq üçün son şansıdır. Macarıstanla son tur matçını pley-offa vəsiqə uğrunda “ölüm-dirim savaşına” çevirmək üçün İrlandiya Portuqaliyadan azı 1 xal almalıdır. Həmin 1 xal da Portuqaliyanı qrup lideri kimi birbaşa mundiala çıxaracaq. Daha çox heç-heçə düşündüyüm bu görüşdə İrlandiyanın uduzmayacağına mərc edirəm.

Əlcəzair – Zimbabve – QOL/QOL

İki Afrika komandasının yoldaşlıq oyunu. Əlcəzair artiq dünya çempionatına vəsiqəni təmin etdiyindən rahatlıqla yoldaşlıq matçını keçirəcək. Afrika komandalarının əksəriyyətinin oyunları az qolla müşaiyət olunsa da, Əlcəzair – Zimbabve duellərinin statistikası tam fərqlidir. Bu komandalar indiyədək 8 dəfə qarşılaşıb, hamısında da qarşılıqlı qollar vurulub. Məncə, bu görüşdə də qol-qol variantına güvənmək olar.

Tailand – Sinqapur – QOL/QOL

Tailand Sinqapura qarşı oynadığı son 9 görüşdə qələbə qazanıb, amma bu duellərin 5-də Sinqapur millisi uduzsa belə, azı bir qol vurub. Məncə, bu yoldaşlıq matçında qarşılıqlı qollar daha real variant kimi görünür.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 13.11.2025

Növbəti yazı

Arnar Qunnlauqsson: “Çox vacib oyundur”