Sürpriz kupon – 14.11.2025

Sürpriz kupon – 14.11.2025

Polşa – Niderland QOL/QOL

Seçmə mərhələdə lideri müəyyənləşdirmək baxımından önəmli oyun. Niderland seçməsi ən yaxın izləyicisini məğlub edəcəyi halda dünya çempionatında iştirakını rəsmiləşdirəcək. Polyaklar evdə asan rəqib sayılmır. Doğma azarkeşləri qarşısında Polşanın meydandan qolsuz ayrılacağını düşünmürəm. Niderland isə məsələni həll etməkdən ötrü maksimum gücünü meydanda göstərəcək. Hər iki tərəfin qol vuracağına mərc etmək daha doğrudu.

Cəbəllütariq – Monteneqro ÜST2.5

6 oyunda 20 dəfə mərkəzə dəvət olunan Cəbəllütariq komandası hər oyunda böyük hesabla məğlub olmaqda davam edir. Monteneqro yığması pley-off şansları olmasa da səfərə qələbə ardınca yollanıb. Qrupda ciddi dəyişiklik etməyəcək oyunda meydan sahiblərindən də qol gözləmək olar. Mərc olaraq kupona üst2.5 seçiminin yazılmasını məsləhət görürəm.

Xorvatiya – Farer adaları QOL/QOL

Mundiala vəsiqəni rəsmiləşdirmək üçün meydan sahiblərinə 1 xal lazımdı. Qələbə Farer adalarının komandasının pley-off şanslarını saxlayacaq. Ötən tur Çexiyanı 2-1 hesabıyla məğlub edən Farer adalarının Zaqrebdə asanlıqla təslim olmayacağına əminəm. Sürpriz kuponda sürpriz seçim: hər iki tərəfin qol vuracağına mərc etmək. 7 turda 10 qol vuran Farer adalarının fərqlənmək şansı az deyil.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 14.11.2025

Növbəti yazı

“Lənkəran”dan ev qələbəsi