Sürpriz kupon – 13.09.2024
Sent Etyen – Lill QOL/QOL
Yenidən Liqa-1-ə qayıdan Fransanın ən titullu futbol klubu Sent Etyen mövsümə uğursuz başlayıb: 3 oyun, 3 məğlubiyyət, top fərqi 0-7.
6cı yerdə qərarlaşan Lill isə 3 oyuna 5 qol vurub, 2 qələbə qazanıb. Məncə, Sent Etyen azı qol hesabını bu tur doğma azarkeşləri önündə açacaq. Lillin də qol vuracağını təxmin edirəm.
Betis – Leganes 1
La Liqanın ilk 3 turunda cəmi 2 xal qazanan Betis məncə, bu matçda ilk qələbəsini qazanacaq. Leganesə qarşı öz meydanında keçirdiyi son 4 matçın hamısını qazanan Betis fikrimcə, seriyanı davam etdirəcək.
Borrusiya Dortmund – Haydenhaym 1-ci hissə/Borrusiya
Mövsümə fantastik başlayan Haydenhaym bundesliqa, Almaniya Kuboku və UEFA Konfrans Liqasında oynadığı 5 matçın hamısını qazanıb. Bəlkə Dortmundda uduzmayacaqlar. Amma ilk hissə bitəndə hesabın Borrusiyanın xeyrinə olacağını düşünürəm. Sonradan nəticə dəyişə də bilər. Amma intuisiya fasiləyə meydan sahibinin hesabda öndə yollanacağını deyir.