Sürpriz kupon – 13.09.2023

Sürpriz kupon – 13.09.2023

“Zrinski Mostar” – “NK Posusje” – 2,5 üst

Bosniya və Herseqovina liqasında 3cü turun oyunu. Tərəflərin əvvəlki 2 oyunu da məhsuldar keçib. Məncə, bu oyunda da qapılara azı 3 qol vurulacaq.

Honduras – Qrenada – 1-ci hissə 1/oyun 1

Honduras millisi KONKAKAF Millətlər Liqasının ilk turunda Yamaykadan aldığı məğlubiyyətin (0:1) heyfini məncə, bu tur zəif Qrenada yığmasından çıxacaq. Honduraslıların həm 1-ci hissədə, həm də oyunun yekun nəticəsində qalib gələcəyini düşünürəm.

Peru – Braziliya – 1ci hissə künc zərbələri – Braziliya

Braziliya matçın aşkar favoritidir. Əksər oyun komponentlərində olduğu kimi kornerlərin sayında da pentakampeonların Perunu üstələyəcəyinə şübhə etmirəm. Özü də elə ilk hissədə.

İlkin Fikrətoğlu

Xəlilov İlkin Fikrət oğlu - 1978-ci ildə Şabran rayonunda anadan olub. Azərbaycan Universitetinin hüquqşünaslıq fakültəsini bitirib. 1999-cu ildə "Futbol+" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2002-ci ildən "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının redaktoru və aparıcısı, Sportinfo.az saytının redaktorudur. Müxtəlif təşkilat və qurumlar tərəfindən 3 dəfə - 2011, 2015 və 2020-ci illərdə Azərbaycanın idman üzrə ən yaxşı telejurnalisti seçilib.

Əvvəlki yazı

Günün kuponu – 13.09.2023

Növbəti yazı

Qattuzo ”Lion”da