Sürpriz kupon – 13.08.2025

Sürpriz kupon – 13.08.2025

Başakşehir – Vikinq 1 və 2,5 alt

İlk matçda böyük hesablı qələbə qazanan Başakşehir mərhələni demək olar ki, həll edib. Odur ki, onlar daha çox fərqi qorumağı və güc sərf etməməyi düşünəcəklər. Buna rəğmən Türkiyə təmsilçinin meydanı qələbə ilə tərk edəcəyinə inanıram. Liqalar arasındakı fərq də nəzərə alınmalıdır. Lakin ilk matçdan fərqli olaraq, daha az qolun vurulacağı qənaətindəyəm.

PSJ – Tottenhem 1 və 2,5 üst

PSJ favoritdir. Bunu deməklə Amerika kəşf etmirəm. Məncə Fransa klubu Tottenhemi asanlıqla məğlub edəcək. Digər ehtimal kimi isə oyunda çoxlu qolların vurulacağını söyləyə bilərəm. Sürpriz kuponuda bu iki oyunu birləşdirib, risk etməyə dəyər.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 13.08.2025

Növbəti yazı

“Qarabağ” pley-off mərhələsində