Sürpriz kupon – 13.08.2024
Fənərbaxça – Lill 2
“Lill”in “Fənərbaxça” üçün nə qədər təhlükəli rəqib olduğunu ilk oyunda gördük. Bukmekerlər cavab oyununda “Fənər”i şanslı hesab etsə də, “Lill” qələbə qazana bilər. Sürpriz axtaran üçün yaxşı təklifdir.
TNS – Petrokub 2
İlk oyunda qapanan müdafiəni yarmağa çətinlik çəkən “Petrokub” cəmi 1 qolla kifayətləndi. Moldova komandası “TNS” ilə müqayisədə daha yaxşı komandadır. Yarımpeşəkar liqası olan Uels çempionunun bu dəfə müdafiədə daha çox boşluq verəcəyini və “Petrokub”un cavab oyununda rahat qələbə qazanacağını ehtimal edirəm.
Ferentsvaroş – Midyullend 2
İlk oyunda qələbə qazanan Danimarka təmsilçisi cavab oyununa rahat çıxacaq. “Ferentsvaroş” isə 2 topluq fərqi aradan qaldırmalıdır. Bu çətin görünür. Üstəlik, danimarkalıların əks hücumda daha rahat olduğunu düşünsək, “Midyullend”in səfər oyununda da qələbə qazanacağını ehtimal etmək olar.