Sürpriz kupon – 13.04.2025

Sürpriz kupon – 13.04.2025

Latsio – Roma 1, növbəti qolu vuracaq komanda Roma

Sürpriz kuponda öz mərcinizi yarada bilərsiz. Bunun üçün sizə əbədi şəhər derbisini tövsiyə edirəm. Sürpriz kupon olduğunu nəzərə alaraq risk etməyə dəyər. Avroliqada Bodo Glimtlə oyunu boşa verən Latsio məncə daha çox Roma ilə derbi oyununu düşünürdü. Hesab edirəm ki, Latsio bu oyunda qalib gəlmək üçün hər şeyi edəcək. Məncə onlar bacaracaqlar da. Bununla belə oyunda hesabı Roma futbolçularının açacağına inamım böyükdür. Hisslərim deyir ki, Latsio hesabda geri düşdüyü oyunda geridönüş edəcək. Bu iki ehtimal 15,00 əmsal edir. Məncə mərc etməyə dəyər.

Gündüz Abbaszadə

Gündüz Abbaszadə 22 avqust 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində doğulub. 2002-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunu olub. 1999-cu ildən dövrü mətbuatda çalışır. O, bu müddət ərzində “İdman” qəzeti, AzTV, ANS TV və CBC Sport-da fəaliyyət göstərib. Bundan başqa 2011-2015-ci illərdə “Neftçi” PFK-nın, 2021-2023-cü illərdə isə “Qarabağ” FK-nın mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2003-cü ildən şərhçilik edir. Azərbaycanda UEFA Çempionlar Liqasının ilk şərhçilərindəndir. Fəaliyyəti dövründə UEFA Çempionlar liqası, eləcə də 2 dünya çempionatının final matçlarının şərhçisi olub. 2007-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin idman jurnalisti” adına layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 13.04.2025

Növbəti yazı

“Turan Tovuz”dan əzmkar qələbə