Sürpriz kupon – 13.01.2026

Sürpriz kupon – 13.01.2026

Hamburq – Bayer ÜST2.5

Bundesliqada ikinci pillədən 4 xal geri qalan Leverkuzen təmsilçisi çempionatın ən məhsuldar komandalarından biridir. 16 matçda 34 qol vuran “Bayer” 9 il ərzində heyəti tamam dəyişən “Hamburq”a uduzmayıb. Səfərdə oynamasına baxmayaraq “Bayer”in məhsuldar nəticəylə qalib gəlməsinə mərc etməyi riskli seçim hesab etmirəm.

Alanyaspor – Fatih Karagümrük 1

Türkiyə Kubokunda qrup oyunları davam edir. “Qalatasaray”la eyni xala malik Alanya təmsilçisi 2-ci turda qələbə qazanmağa iddialıdır. Növbəti mərhələ barədə düşünən “Alanyaspor” zəif rəqiblə matçda xal itkisini düşünmür. Bu səbəbdən meydan sahiblərinin qələbəsinə mərc etməyi məsləhət görürəm.

Qaziantep – Kocaelispor ÜST2.5

Qrupda ilk oyunda qələbə qazanan qonaqlar indi səfərdə “Qaziantep” qarşısında imtahan verəcək. Heyətdə çoxlu sayda itkiləri olan meydan sahiblərinin vəziyyəti qənaətbəxş sayılmır. Superliqada qonşu pillələrdə qərarlaşan komandaların duelində məhsuldar nəticə qeydə alınacağını düşünürəm.

Sənan Şəfizadə

Sənan Şəfizadə 1984-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. 2000-ci ildə "168 saat" və "Tələbə Press" qəzetlərində jurnalist fəaliyyətinə başlayıb. 2003-cü ildən Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyasında çalışır. Hazırda "ATV İdman" informasiya proqramının aparıcısı və redaktorudur. 2007 və 2012-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi tərəfindən "İlin idman jurnalisti" seçilib. 2009 və 2014-cü illərdə "İlin ən yaxşı idman aparıcısı" nominasiyasında "Zəfər" Yüksək İdman Nailiyyətləri mükafatına layiq görülüb. Bir sıra dövlət tədbirlərində - o cümlədən futbol, cüdo, şahmat, güləş, gimnastika, MMA və digər idman növləri üzrə 30-dən çox dünya, Avropa çempionatı, Dünya Kuboku yarışlarında aparıcı olub. 2015-ci ildə Ümumdünya Boks Seriyası (WSB) tərəfindən "İlin peşəkar aparıcısı" kimi xüsusi diploma layiq görülüb.

Əvvəlki yazı

Günün kuponu – 13.01.2026

Növbəti yazı

“Zirə”dən məhsuldar heç-heçə