Sürpriz kupon – 13.01.2023
“Qalatasaray” – “Hatayspor” ÜST 2,5
“Qalatasaray” son oyunları əla keçirir. “Sarı-qırmızılılar” derbidə “Fənərbaxça”nın qapısından 3 cavabsız top keçirə bildi. “Qalatasaray” hazırda turnir cədvəlində “Fənər”i 4 xal qabaqlayır və vahid liderdir.
Super Liqada qalmaq uğrunda mübarizə aparan “Hatayspor” son iki görüşdə heç-heçə edib. Türkiyə Futbol Federasiyasının kluba transfer qadağası qoyması əhval-ruhiyyəni bir az da korladı.
“Vesterlo” – “Oud Heverli” QOL/QOL
Komandalar turnir cədvəlində yaxın pillələrdədirlər. “Vesterlo” rəqibini 4 xal qabaqlayır. “Vesterlo” son görüşünü minimal hesablı qələbə ilə başa vurub. Komandaya qələbə gətirən qolu ötənlərin məşhur futbolçusu Naser Şadlı vurmuşdu.
Bu komandalar arasında son 5 görüşdən dördündə qarşılıqlı qollar olub.
“Harts” – “Sent Mirren” ALT 2,5
“Sent Mirren” son iki oyununu heç-heçə başa vurub. “Harts” isə 2 qarşılaşmada 4 xal toplayıb.
Bu komandalar bir neçə gün əvvəl də görüşmüşdülər və heç-heçə qeydə alınmışdı – 1:1. Bu dəfə isə təxirə salınmış qarşılaşmada üz-üzə gələcəklər.